Lənkəranda Vətən müharibəsi şəhidinin xatirəsinə park salınıb - FOTO

Lənkəranda Vətən müharibəsi şəhidinin xatirəsinə park salınıb - FOTO
21 Apr 2021 09:25


Lənkəran rayonunda Vətən müharibəsi şəhidi Eşqin Hamlet oğlu Cəfərzadənin xatirəsi əbədiləşdirilib.

 bu gün, onun anadan olmasının 24-cü ildönümündə doğulduğu Darquba kəndində xatirəsinə salınmış parkın açılışı olub. Kənd sakinlərinin təşəbbüsü ilə salınan parkda şəhid əsgər Eşqin Cəfərzadəyə xatirə barelyefi qoyulub.

Açılış mərasimində şəhidin yaxınları, doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri və döyüşçü yoldaşları da iştirak ediblər.

Tədbirdə şəhidin həyat yoluna və Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa qısa nəzər salınıb.

Qeyd edək ki, E.Cəfərzadə 1997-ci il aprelin 20-də Lənkəran rayonunun Darquba kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı il Aprel döyüşlərinin fəal iştirakçısı olub. Lələtəpə və Talış kəndlərinin düşməndən geri alınmasında şücaət göstərib.

44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. Topçu və manqa komandiri olan E.Cəfərzadənin döyüş yolu Hadrut, Suqovuşan, Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlıdan keçib. Oktyabrın 21-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.