Hindistanda 18 yaşdan yuxarı hamı koronavirusa qarşı peyvənd olunacaq

Hindistanda 18 yaşdan yuxarı hamı koronavirusa qarşı peyvənd olunacaq
21 Apr 2021 10:17


Hindistanda koronavirusa qarşı peyvənd kampaniyasına 18 yaşdan yuxarı hər kəsin daxil edilməsinə qərar verilib.

Hindistan Səhiyyə Nazirliyinin açıqlamasına görə, Baş nazir Narendra Modinin rəhbərliyi ilə keçirilən iclasda koronavirusun ikinci dalğası ilə mübarizə üçün atılacaq addımları özündə cəmləşdirən “Milli COVID-19 Strategiyası” təyin edilib.

Buna əsasən, 18 yaşdan yuxarı hər kəsə 1 may tarixindən etibarən koronavirus peyvəndi vurulacaq.

Qeyd edək ki, Hindistanda 16 yanvarda başladılan peyvənd kampaniyası əvvəlcə səhiyyə işçilərini, daha sonra 45 yaşdan yuxarı şəxsləri əhatə edib.

Hindistan ABŞ və Çindən sonra dünyada əhalisi ən çox peyvənd edilən üçüncü ölkə hesab edilir.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.