Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma tam Ay tutulması olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, Ay tutulması saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq.
Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.
Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.
Ötən gecə nadir astronomik hadisə yaşanıb.