Azərbaycanda iqtisadi artım qeydə alınıb

Azərbaycanda iqtisadi artım qeydə alınıb
10 İyun 2021 13:13


2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

realpress.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ÜDM-in həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. 

Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 150,6 manata bərabər olub.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.