Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE

Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE
10 İyun 2021 16:36


“Bu gün Qarabağda hər hansı status müzakirə mövzusu ola bilməz. Cənab Prezident İlham Əliyev də bu məsələ ilə bağlı dəfələrlə qətiyyətli mövqeyni ortaya qoyub”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mövqeyini şərh edərkən deyib.

Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında deyib ki, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”, - deyə S.Lavrov əlavə edib.

Millət vəkili C.Məmmədov xatırladıb ki, Azərbaycan Vətən müharibəsində qələbəsini təmin etdikdən sonra status məsələsi də arxivə qovuşub.

“Azərbaycan dəfələrlə statusun yolverilməzliyini və mümkünsüzlüyünü vurğulayıb. Rusiyanın xarici işlər nazirinin də mövqeyində bu məsələ öz əksini tapıb. İndi əsas prioritet bölgədə sülhün və təhlükəsizliyin təmininə, kommunikasiya layihələrinin icrasına yönəlib. Ən vacib məsələlərdən biri isə Zəngəzur dəhlizinin açılmasıdır”, - deyə C.Məmmədov söyləyib.

Deputat qeyd edib ki, bölgə dövlətləri regionda sülhün təmin olunmasında maraqlıdırlar.  

Parlamentarinin fikrincə, regionda sülh və təhlükəsizlik üçün bölgə xalqlarının birgəyaşayışı təmin edilməlidir:

“Bu gün bütün tərəflərin məqsədi odur ki, bölgədəki xalqlar bir yerdə yaşasın və gələcəyə birgə baxa bilsin. Lavrovun açıqlaması da onu göstərir ki, region dövlətləri üçün də prioritet məsələ sülhdür. Bu gün hansısa statusun müzakirəsi aktual deyil və gələcəkdə də bu məsələ önəm daşımayacaq”, - deyə C.Məmmədov fikrini yekunlaşdırıb.


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.