Ağdam, Cəbrayıl və Füzulidə tədqiqatlara başlanıldı - RƏSMİ

Ağdam, Cəbrayıl və Füzulidə tədqiqatlara başlanıldı - RƏSMİ
10 İyun 2021 17:36


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş Ağdam, Cəbrayıl və Füzuli rayonları ərazisində torpaq tədqiqatı işləri aparılıb.

İqtisadiyyat Nazirliyindən realpress.az-a verilən məlumata əsasən, bu rayonlar üzrə mərhələli şəkildə torpaq nümunəsi götürülərək torpaq və geobotaniki tədqiqatlar laboratoriyasına təhvil verilib.

Analiz nəticələrinə əsasən, torpaqların keyfiyyəti, hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən ediləcək. 

Torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şoranlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə ölkə üzrə irimiqyaslı çöl torpaq tədqiqatı işləri də aparılır.

İlkin olaraq Neftçala rayonunun dövlət mülkiyyətində olan 30 284 hektar ərazisində irimiqyaslı torpaq tədqiqatı işləri yerinə yetirilib. Rayonun qış otlaqlarında torpaq tədqiqatı işlərinin aparılması üçün işçi qrupları yaradılıb. Çöl işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bütün qruplar müasir sahəvi ləvazimatlarla təmin olunub.

İlk dəfə olaraq çöl torpaq tədqiqatında müasir dövrün tələblərinə uyğun olaraq “TFA DOSMAN” cihazı vasitəsilə torpağın nəmlik dərəcəsinin miqdarı müəyyən edilib. Bununla həmin torpaqların şoranlaşma dərəcəsi və bitkilərin məhsuldarlığında önəmli faktorlardan biri olan torpağın turşuluq və qələviliyinin norma daxilində olub-olmaması məlum olur. Nəticədə məhsuldarlığı yüksək olan hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən edilir.

Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.