İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB

İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB
18 İyun 2021 10:27


İranın ali dini lideri Əli Xamenei ölkədəki prezident seçkilərində səs verib və vətəndaşları səsverməyə çağırıb.

Bu barədə PressTV xəbər yayıb.

“Ölkə əhalisinin maraqlarına uyğun olduğu üçün əhalini seçkilərə gəlməyə dəvət edirik”, - deyən Xamenei səslərini Tehrandakı İmam Ruhullah Xomeyninin məqbərəsində yerləşən seçki məntəqəsində verib

09:55

İranda bu gün yerli vaxtla saat 07:00-da 13-cü prezident seçkilərinə start verilib.

“Mehr” agentliyi xəbər verir ki, yanaşı olaraq vilayətlərdə, mahallarda və qəsəbələrdə rəhbər məclis seçkiləri ilə İran Məclisi və Mütəxəssislər Məclisi üçün əlavə seçkilər də keçiriləcək.

İranda prezident dörd il müddətinə seçilir. Bir nəfər bu vəzifəyə ardıcıl olaraq ən çox iki dəfə seçilə bilər.

Təxminən 83 milyon əhalisi olan İranda 29 980 38 kişi və 29 330 269 qadın olmaqla 59 310 307 nəfər seçkilərin ikinci günündə səs verə biləcək. İlk dəfə səs verəcək insanların sayı 1 392 148 nəfərdir.

Qeyri-rəsmi statistikaya görə, xaricdə yaşayan üç milyon yarım İran vətəndaşı da səs vermək hüququna malikdir. Xaricdəki vətəndaşlar 133 ölkədəki nümayəndəliklərdə seçimini edə biləcəklər.

İranda prezident seçkilərinə namizədlər Ayətullah Seyyid İbrahim Rəisi, Muhsin Rızai, Hüseyn Kadızadə Haşimi, Abdunnasır Himmetidir.

Nəticələrin şənbə günü açıqlanması gözlənilir.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.