İki fərqli vaksinin dozasını qarışdırmaq olar? - RƏSMİ

İki fərqli vaksinin dozasını qarışdırmaq olar? - RƏSMİ
18 İyun 2021 15:09


“Düzdür, bu istiqamətdə kliniki çalışmalara davam etdirilir, lakin bu gün belə məlumatlar çox məhdud saydadır”.

realpress.az verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva iki ayrı-ayrı vaksini vurdurmaq olarmı, sualını cavablandırarkən deyib.

O bildirib ki, bəzi ölkələrdə iki fərqli platformalardan olan vaksinlərin vurulması təcrübəsi tətbiq olunur:

“İlkin nəticələr də var. Lakin bu çox az sayda olduğu üçün kütləvi tətbiqdən söhbət getmir. Hələ ki, bu istiqamətdə hər hansı rəsmi məlumatın açıqlanacağı gözlənilmir. Bu gün mövcud, istifadə edilən vaksinlərin hər iki dozasının eyni vaksindən olması mütləqdir. Bu məsələ barədə gələcəkdə düşünmək olar”.

“İki vaksinin qarışdırılması ilə bağlı tibbi cəhətdən kliniki çalışmalar gedir. İlkin məlumatlar da müsbətdir. Hətta belə məlumatlar var ki, fərqli mexanizmlərə təsir edən peyvəndlər olduğu üçün immunitet də yüksək olur. Amma ilin sonuna qədər gözləməliyik ki, daha genişmiqyaslı çalışmaların nəticələri açıqlansın”,- deyə N.Mustafayeva qeyd edib.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.