"Bakcell MMC" mobil operatoru "Android" əməliyyat sistemli telefon istifadə edən müştəriləri üçün "İnstagram" sosial şəbəkə servisini ödənişsiz təqdim edəcək.
Bu barədə REALPRESS-ə şirkətdən məlumat verilib.
Hazırda "İnstagram" ödənişsiz olaraq "iPhone" istifadəçiləri üçün təqdim olunur.
Bundan əvvəl "Bakcell" DoğmaCİN tarif paketinin müştəriləri üçün "Facebook" sosial şəbəkəsini, Klass tarif paketinin müştəriləri üçün "Whatsapp"-ı ödənişsiz etmişdi.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.