Azərbaycanda sosial evlərin sayı artırılacaq

Azərbaycanda sosial evlərin sayı artırılacaq
29 Noy 2016 10:48

Azərbaycanda sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq. REALPRESS-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində əks olunub.

Layihədə qeyd olunur ki, əhalinin, o cümlədən məcburi köçkünlərin sosial təminat sistemi daha da təkmilləşdiriləcək, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, sosial xidmətlərin növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları inkişaf etdiriləcək.

Sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq, yaşayış üçün təhlükəli obyektlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi davam etdiriləcək və əhalinin həssas qruplarının bu mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılacaq.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.