Binəqədidə yanan bina ilə bağlı məhkəmədə mübahisə düşdü

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə mübahisə düşdü
29 Noy 2016 14:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

REALPRESS-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxs, “Global Construction” MMC-nin təsisçisi M.Mahmudov çıxış edib.

Təqsirləndirilən Q.Novruzovun vəkili Nüşabə Ağayeva qeyd edib ki, cinayətə cəlb etmə qərarında müdafiəçinin imzası yoxdur. Sonra hadisə yerinə baxış protokolları elan olunub. Sənədlərdə iki nəfər hal şahidinin olduğu göstərilib. Lakin ekpertlərin baxışda iştirak etmədiyi məlum olub.

Prosesdə hakim Ə.Hacıyevlə vəkil İ.Həsənova arasında mübahisə düşüb. Mübahisəyə səbəb işdə olan bəzi sənədlərdə vəkilin imzasının olmaması olub. Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


21 Apr 2018
Cəmiyyət

Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO

Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO

20 Apr 2018
Cəmiyyət

Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

“Əbülfəz Elçibəy -80” yubiley tədbirləri ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.