Çində 439 sərnişini ölümdən qurtarmış qəhrəman pilot mükafatlandırılıb

Çində 439 sərnişini ölümdən qurtarmış qəhrəman pilot mükafatlandırılıb
04 Noy 2016 11:45

Ona 3 milyon yuan, yəni 500 min dollar məbləğində mükafat verilib.

"Realpress.az" AsiaOne-a istinadən bildirir ki, insident ötən ay Çinin Şanxay şəhərinin beynəlxalq hava limanında yaşanıb.

"China Eastern Airlines" aviaşirkətinə məxsus Airbus A320-200 təyyarəsi limanın 32L uçuş-enmə zolağında idi. MU-5643 reysi ilə uçan bu təyyarənin baş pilotu On Çao laynerin mühərriklərini işə salıb və havaya qalxmağa hazırlaşıb. Bu zaman uçuş-enmə zolağında MU 5106 reysi ilə hərəkət edən Airbus A330-300 sərnişin təyyarəsi peyda olub. O, zolağa köndələn duraraq hərəkət edirdi. On Çan təyyarələrin toqquşacağını anlayıb və idarə etdiyi avialaynerin mühərriklərini tam güclə işlədərək təyyarəni səmaya qaldırmağa nail olub. Çanın təyyarəsi zolaqda köndələn durmuş təyyarənin üzərindən cəmi 19 metr yüksəkdən uçub və bu minvalla pilotun fantastik peşəkarlığı böyük faciənin qarşısını alıb. Çinin Mülki Aviasiya İdarəsi (CAAC) insidentin kompüter qrafikası ilə imitasiyasını hazırlayıb.

Bənzər hadisə İspaniyanın Tenerife şəhərində 1977-ci ildə yaşanmışdı. Uçuş-enmə zolağında iki Boeing 747 təyyarələrinin toqquşması nəticəsində 683 nəfər həlak olmuşdu.

"China Eastern Airlines" rəhbərliyi qəhrəman pilotu mükafatlandırmaq qərarına gəlib və ona ödül qismində 3 milyon yuan, yəni təqribən 500 min dollar verib.


18 Avq 2018
Maraqlı

Argentinalı polis qadın anasız qalan körpəni əmizdirdi — FOTO

Argentinada yenicə ana olmuş polis qadın aclıqdan ağlayan 8 aylıq körpəni əmizdirib.

18 Avq 2018
Maraqlı

Kişi və qadınlar hansı yaşda qarşı tərəf üçün daha cazibədardır? - Araşdırma

ABŞ-ın Miçiqan Universitetinin Sosiologiya Departamentinin nümayəndələri, kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu öyrənmək məqsədi ilə tədqiqat aparıblar.

18 Avq 2018
Maraqlı

İş yerində narahatlıq hiss edə bilərsiniz — Günün qoroskopu

Realpress.az Milli.Az-a istinadən günün ulduz falını təqdim edir:

17 Avq 2018
Maraqlı

İki köpəkbalığından qurtula bildi - VİDEO

Balıqçı sualtı ov zamanı ona hücum edən iki köpəkbalığını yumruqlayaraq qova bilib.