Dünyasını dəyişmiş şəxsin imzasını saxtalaşdırıb evini satdılar

Dünyasını dəyişmiş şəxsin imzasını saxtalaşdırıb evini satdılar
19 Noy 2016 13:39

Azərbaycanda ölmüş şəxsin imzasını saxtalaşdırmaqla mərhumun adına olan mənzilin satılması faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REALPRESS.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənzillərdən birini 19000 manata satması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


20 Avq 2019
Kriminal

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

20 Avq 2019
Kriminal

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritikdir - Nazirlik

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

7 Avq 2019
Kriminal

Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.