Əli Məsimli: Manatın ucuzlaşması fonunda məhsulların qiyməti sürətlə artır

Əli Məsimli: Manatın ucuzlaşması fonunda məhsulların qiyməti sürətlə artır
29 Noy 2016 17:58

“Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər”.

REALPRESS “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Əli Məsimli deyib. 

Onun sözlərinə görə, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından əhali arasında ciddi narahatçılığa səbəb olub.

Millət vəkili bildirib ki, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq: 

“Yox, əgər real olaraq düzgün mexanizm tətbiq edə bilməyəcəksə, bu ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.

Millət vəkili onu da əlavə edib ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşmaya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək: 

“Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirləri aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıda gələn illərdə də göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və müavinətlər qaldırılsın. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülsün.

Eyni zamanda yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsindən də yararlanmalıdır. Xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə, əhali arasında ciddi narazılıqların və kataklizmlərin olması istisna deyil”.


20 Apr 2018
İqtisadiyyat

Dolların 3 günlük məzənnəsi

Aprelin 23-nə manatın məzənnəsi açıqlanıb.

20 Apr 2018
İqtisadiyyat

Dolların bahalaşma səbəbi açıqlandı

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir.

20 Apr 2018
İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

Aprelin 20-nə manatın məzənnəsi açıqlanıb.