Hindistan Azərbaycan vasitəsilə Rusiyaya yük daşımalarına başlayır

Hindistan Azərbaycan vasitəsilə Rusiyaya yük daşımalarına başlayır
29 Noy 2016 10:58

İran, Azərbaycan, Rusiya və Hindistan gələn aydan etibarən “Şimal-Cənub” nəqliyyat dəhlizini Hindistandan Rusiyaya multimodal yüklərin daşınması üçün istifadə etmək barədə razılığa gəlib.

Bu barədə REALPRESS-ə “İran dəmir yolları” şirkətinin vitse-prezidenti Hüseyn Aşuri deyib.

Onun sözlərinə görə, Hindistandan yüklər İranın cənub limanına çatdırılacaq, oradan isə qatar və yük maşınları vasitəsilə Azərbaycandan keçməklə Rusiyaya hərəkət edəcək.

Bu marşrut üzrə sınaq konteyner qatarı iki ay əvvəl yola salınmışdı. H.Aşurinin sözlərinə görə, hazırda bu yolla yük daşınması 22 gün davam edir, daha sonra isə bu müddət 19 günə qədər azalacaq.

“Şimal-Cənub” dəhlizi ilə bağlı danışan H.Aşuri bu marşrutla əlaqədar İranın ölkə daxilində iki dəmir yolu xəttinin tikntisini planlaşdırdığını deyib.

Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yollarının müvafiq olaraq 7 ay və 5 il müddətinə başa çatdırılacağı gözlənilir.


18 Fev 2019
İqtisadiyyat

Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin

Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin

18 Fev 2019
İqtisadiyyat

Sizə bəzi rəqəmləri demək istəyirəm.. - Mikayıl Cabbarov faktları AÇIQLADI

“2019-cu ildə vergis sahəsində keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır. Əsas məqsədlər kölgə iqtisadiyyatı ilə mübarizədir”.

18 Fev 2019
İqtisadiyyat

Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 18 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.