Bizim bədənimiz çətin bioloji proseslərin ibarət bir sistemdir. Çox zaman biz bu prosesləri anlamırıq. Qoruyucu mexanizmlər də onlardan biridir. Onlar bizə 24 saat yardım edir və zərər verəcək mənfi təsirlərdən qoruyur.
Əsnəmək
Əsnəməyin əsas məqsədi yorğunluğu götürmək, gərginliyi azaltmaq, ciyərlərin havasını dəyişməkdir.
Asqırmaq
Biz adətən burnumuzda mikrob və toz yığılarkən asqırırıq. Asqıraraq bədən yığılmış “zibildən” qurtulur.
Gərnəşmə
Səhər oyanarkən bədənimizi gündəlik qayğılara hazırlamaq üçün qeyri-ixtiyari gərnəşirik. Dartınma həm də qan dövranını normaya salır, əzələlərin tonusunu artırır və sadəcə olaraq əhvalı yaxşılaşdırır.
Hıçqırıq
Tez-tez yeyəndə, iri tikələri udanda qarına daha çox hava gedir. Orqanizm bundan hıçqıraraq xilas olmağa çalışır.
Yuxuda birdən yıxılmaq
Yuxuya gedərkən birdən kiminsə sizi itələməsini xatırlayırsız? Bütün əzələləriniz birdən gərginləşir və hiss edirsən ki, aşağı doğru düşürsən və həmin an oyanırsan.
Məsələ ondadır ki, yuxuya gedərkən nəfəsiniz yavaşıyır, nəbziniz isə hiss olunmayacaq dərəcədə azalır. Bu an beyin öldüyünü zənn edərək, orqanizmə yuxudan oynamaq komandası verir.
Barmaqlarda büzüşmə
Alimlər hələ bu yaxınlarda çiməndən sonra barmaqlarımız da yaranan qırışıqların səbəbini tapıb. Bu xüsusiyyət bizə əcdadlarımızdan keçib. Belə ki, qırışıq barmaqlarla yaş daşlara dırmaşmaq daha rahat idi. Yəni ayaqlarda və barmaqlarda olan qırışıqlar sürüşkən yerlərdə daha rahat hərəkət etməyimiz üçündür.
Yaddaşın itməsi
Yaddaşın itməsi çox zaman insanın yaşadığı stressli həyatla bağlıdır. Beynimiz bizi qorumaq üçün pis xatirələri yaddaşımızdan silir.
Ördəksayağı dəri
Birdən-birə soyuq hiss edərkən , orqanizm bədəndə yığdığı istini saxlamaq üçün tüklər ürpərdir. Bu hadisə ördəksayağı dəri adlanır. Həmçinin tüklərin ürpərməsi qorxudan və həyəcandan da baş verə bilər.
Göz yaşı
Göz yaşı gözdə olan tozu və çirki çıxarmaqla yanaşı, onun “emosional təhlükəsizliyi” mexanizmi var. Alimlərin dediyinə görə, güclü emosional anlar yaşadıqda bədən yeni qıcıqlanma mənbəsi yaradaraq, bizim çəkdiyimiz ağrını azaldır.
Bu sadəcə bədənimizə təşəkkür edəcəyimiz bir neçə səbəblərdən biridir. O, hər dəqiqə dayanmadan bizi qorumaq üçün çalışır. Ən çətin anlarımızda bədənimizin bizə yardım etməsinə icazə verməliyik.
Diş ağrısından əziyyət çəkən insanlar stomatoloqa müraciət edənədək ağrını necə azaltmaq barədə düşünürlər. Amerikan alimləri 460 tədqiqatın nəticələrini təhlil edərək bunun cavabını tapıblar: diş ağrısına qarşı ən təsirli vasitə iltihaba qarşı nesteroidli preparatlardır.
Son zamanlar insanlar arasında allergiya halları kəskin şəkildə artıb. Xüsusilə də yeni doğulan körpələrin əksəriyyətində allergiya olur. Bəs bunun səbəbləri nələrdir?
Yaz mövsümü başlayan kimi, yaz depressiyası da özünü göstərməyə başlayır. Ümumiyyətlə, mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusi yer tutur. Mütəxəssislərin fikrincə, payız və yaz depressiyasının fərqi ondadır ki, payız zamanı insanda daha çox yorulma, zövq almamaq, istəksizlik halları müşahidə olunsa da, yaz depressiyası zamanı əsəbilik, tez qıcıqlanma, aqressivlik, işə getməkdən imtina kimi əlamətlər müşahidə edilir.
Ayaqlarda ağrılar aşağı ətrafların sümük -dayaq sisteminin xəstəlikləri, daxili xəstəliklər və autoimmun səbəblərdən ola bilər. Ayaqlarda olan arterial və venoz çatışmazlıqdan da ayaqlar ağrıyır. Diabet xəstələrində isə diabetik neyropatiya inkişaf edir ki, bu zaman sinirlər belə zədələnir.