İşdən çıxarılan yol polisinə vəzifə verildi

İşdən çıxarılan yol polisinə vəzifə verildi
30 Noy 2016 16:00

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib.

REALPRESS.Az Avtosfer.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.

Qeyd edək ki, Zaur Cəfərov ötən il daxili işlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi.

Əlavə edək ki, Zaur Cəfərovun atası da daxili işlər orqanlarında yüksək vəzifə tutub.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.