Nazarbayev etiraz etdi: Astananın adı dəyişdirilə bilməz

Nazarbayev etiraz etdi: Astananın adı dəyişdirilə bilməz
25 Noy 2016 16:12

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın onun şərəfinə adlandırılması fikrinə qarşı çıxıb.

REALPRESS-in məlumatına görə, “Rossiya-24” telekanlına müsahibəsində N.Nazarbayev paytaxtın adının dəyişdirilməsində ehtiyac olmadığını deyib.

“Astana artıq bir brenddir. Burada ATƏT sammiti, Asiya Qış Oyunları keçirilib. Gələn il EKSPO-2017 sərgisi keçiriləcək. Hər kəs buranı Astana kimi tanıyır. Ona görə, şəhərin adının dəyişdirilməsində ehtiyac görmürəm.”

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstan Parlamentinin deputatları Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər.

Bununla bağlı qəbul olunmuş deklarasiyada qeyd olunub ki, respublikanın quruculuğunda önəmli rolu olan N.Nazarbayevin "El Bası" (millətin lideri) adının ölkənin bütün mühüm obyektlərinin adında ifadə olunması nəzərdə tutulur.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.