Səyavuş Kərimi: Milli musiqinin tədrisində çox problem var

Səyavuş Kərimi: Milli musiqinin tədrisində çox problem var
24 Noy 2016 16:37

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Səyavuş Kərimi APA-ya müsahibə verib.

REALPRESS.Az xəbər verir ki, o,konservatoriyada aşıq sənəti, saz ifaçılığının tədris olunmamasından bəhs edərək milli musiqinin tədrisində çox problemlər olduğunu da vurğulayıb.

“Dastan sənəti itməkdədir. Biz konservatoriyanın şəraitsiz vaxtında ekspedisiyaları göndərdik, indi həyatda olmayan aşıqları lentə ala bildik. Aşıq-dastan bilicilərini dəvət edib tədrisi qurmaq fikrindəyik. Konservatoriya ali məktəb olduğuna görə, sazın ali təhsilə qədər olan dövrünü tədris etməyə çalışırıq.

“Saz məktəbi” kitabı yazılıb, musiqi məktəblərində tədris olunur. Saz sənəti not tədrisi səviyyəsində inkişaf edə bilməyib. Bunun da obyektiv səbəbləri var. Səbəblərdən biri odur ki, sovetlər birliyi zamanı milli musiqi alətlərinə diqqət az olub.

Düzdür, aşıq sənəti Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Amma Konservatoriyanın bu barədə baxışı tam başqadır. Biz bunu özümüz üçün tam başqa cür təsəvvür edirik. Biz istəyirik, sazı beynəlxalq səviyyədə özünü ifadə edə biləcək alətə çevirək.

Ümumiyyətlə, bizdə milli musiqinin tədrisində çox problemlər var. Saz da onların içindədir, zərb aləti də. Görürsünüz, ali məktəbə zərbi gətirə bilmirik. Çünki onun tədrisi ilə bağlı da problemlər var. Zərbin aparıcı aləti yoxdur. Onun aparıcı alətini ixtira etmişik”,-deyə S.Kərimi bildirib.


26 Apr 2018
Mədəniyyət

Monteneqroda “Arşın mal alan” filmi nümayiş olunub

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Arşın mal alan” filminin bərpa olunmuş və rənglənmiş versiyasının Monteneqro dilində təqdimatı keçirilib.

25 Apr 2018
Mədəniyyət

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Kiyevdə caz festivalı keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Ukraynada keçiriləcək tədbirlər planı təsdiqlənib.

24 Apr 2018
Mədəniyyət

Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq

Mayın 7-dən 11-dək Gürcüstanın paytaxtında IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək. Festival Aleksandr Qaliçin 100 illik yubileyinə və Vladimir Vısotskinin 80 illik yubileyinə həsr olunub.

23 Apr 2018
Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının aktyorları növbəti səfərə hazırlaşırlar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.