Tanınmış xanəndə Bülbülcanın anadan olmasının 175 illiyi qeyd olunacaq

Tanınmış xanəndə Bülbülcanın anadan olmasının 175 illiyi qeyd olunacaq
04 Noy 2016 17:17

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) anadan olmasının 175 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Realpress.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə sənətkarın həyat yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, tanınmış və gənc xanəndələrin ifasında muğamlar səsləndiriləcək.

Qeyd edək ki, Bülbülcan ilk musiqi təhsilini Qafqazın konservatoriyası adlandırılan Şuşada xarrat Qulunun məktəbində alıb. Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında məşhurluq qazanıb. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.


16 Avq 2018
Mədəniyyət

Yalçın Rzazadə çətin durumda — SƏHHƏTİ AĞIRLAŞIB

Xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi problem yaranıb.

16 Avq 2018
Mədəniyyət

Əlixan Səmədovdan şou biznes nümayəndələrinə — ATMACA

Türkiyədə yaşayan məşhur azərbaycanlı balaban ifaçısı, xalq artisti Əlixan Səmədov "Bakı gecələri" verilişinin qonağı olub.

15 Avq 2018
Mədəniyyət

Xətai Sənət Mərkəzi növbəti rəsm müsabiqəsi elan edib

Xətai Sənət Mərkəzi “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edib.