Yeremenko iki il müddətinə oyundan kənarlaşdırıldı

Yeremenko iki il müddətinə oyundan kənarlaşdırıldı
18 Noy 2016 17:40

Moskvanın MOİK və Finlandiya yığmasının yarımmüdafiəçisi Roman Yeremenko iki il müddətinə oyundan kənarlaşdırılıb, səbəb isə istifadəsi qadağan edilmiş preparata dair testin müsbət nəticələri olub.  

REALPRESS.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

UEFA-nın nəzarət-intizam komitəsinin rəsmi qərarında bildirilib ki, “Bayer” komandasına qarşı sentyabrın 14-də keçirilən matçdan sonra futbolçunun dopinq-sınaqda kokain və onun metabolitlərinin izləri aşkar edilib.

Finlandiya oyunçusu 2016-cı ilin oktyabr ayının 6-dan qərarın qüvvəyə mindiyi gündən bütün yarışlardan kənarlaşdırılıb. 

Apellyasiyaya kənarlaşdırma haqqında qərarın alınmasından sonra üç gün müddətində müraciət etmək mümkündür.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.