Mərakeş tədqiqatçılar və həkimlər qrupu bir sıra məlumat əsasında xəstələnənlər arasında koronavirusun gedişinin ağırlığını proqnozlaşdıra bilən süni intellekt modelinin elmi tədqiqatını dərc edib.
"Realpress.az" ın AZƏRTAC a istinadən xəbər verir ki, “Journal of Big Data” elmi jurnalında dərc edilən tədqiqatda Rabatda Şeyx Zeyd xəstəxanasında koronavirusa yoluxan 337 nəfərin məlumatları əsasında süni intellekt modeli işlənib hazırlanıb və sınaqdan keçirilib. Alimlərin sözlərinə görə, model 100 faiz dəqiqliyi ilə yoluxanlar arasında ağır halları proqnozlaşdırıb.
Bu model səhiyyə sistemi çox yüklənəndə, pandemiyanın pik nöqtəsi dövründə vəziyyəti pisləşdikcə xəstəxanaya yerləşdirilməsi zəruri olan yoluxmuş insanları aşkar etməyə tibb müəssisələrinə kömək edəcək.
Bu elmi tədqiqat üzrə işə bir ilə yaxın müddət sərf olunub. Mərakeşdə koronavirus pandemiyası zamanı süni intellektin işinə həsr olunmuş özünəməxsus ilk tədqiqatdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.