İsrail qüvvələri Rəfaha daxil olmağa hazırlaşırlar

İsrail qüvvələri Rəfaha daxil olmağa hazırlaşırlar
29 Mar 2024 10:39

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı Fələstinin radikal HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir.

Bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu radikalların saxladığı israilli girovların ailələri ilə görüşündə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, oğul və qızlarımızın azad edilməsi üçün daha bir açardır. Biz Qəzza zolağının şimalına və Xan Yunisə nəzarət edirik, zolağı böldük və Rəfaha daxil olmağa hazırlaşırıq”, - Netanyahunun sözləri hökumət başçısının ofisi tərəfindən yayılıb.

Lakin o, HƏMAS-ın hansı aktivlərindən danışdığını açıqlamayıb.


29 Apr 2024
Dünya

Latviya Ukraynaya humanitar yardım göndərib

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.

29 Apr 2024
Dünya

Rəsmi Tehran nazirini Bakıya göndərir

Gələn günlər ərzində İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.

29 Apr 2024
Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyədə Egey dənizdə 4,2 bal gücündə zəlzələ baş verib.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.