Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla görüşəcək.
Ruslan Paşayev və Rəşad Yelkiyev eyni çəkidə (66 kq) qüvvələrini sınayacaqlar. Hər iki idmançı yarışa 1/32 finaldan başlayacaq. Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Demirellə, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi cüdoçu ilə yollanıb.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.