Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Füzuli sakini Gülnarə Talıbova deyib.
"Prezident İlham Əliyevə bizə bu sevinci yaşatdığı üçün təşəkkür edirik. Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm. Sevincimin həddi-hüdudu yoxdur. Mən şəhid bacısıyam. Torpağıma gedən kimi ilk şəhid qardaşımın qəbrini ziyarət edəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.