Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib - FOTO

Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib - FOTO
13 Apr 2024 09:55

Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış doqquz turdan ibarətdir.

İlk dörd yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək. 20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdur.

 


29 Apr 2024
İdman

Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.

29 Apr 2024
İdman

Azərbaycan şahmatçısı Avropa çempionu olub

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

29 Apr 2024
İdman

Azərbaycan şahmatçısı Almaniya çempionu olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub.

29 Apr 2024
İdman

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb - FOTO

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.

29 Apr 2024
İdman

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri).