Başlıbel qətliamından 31 il ötür - VİDEO

Başlıbel qətliamından 31 il ötür - VİDEO
18 Apr 2024 09:45

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.

Oxu.Az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.

1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər doqquz nəfəri qətlə yetirib, beş nəfəri isə girov götürüblər. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər. Bu hadisələr zamanı yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov doğma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.

Qeyd edək ki, Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi nəticəsində - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.


30 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + VİDEO

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Apr 2024
Cəmiyyət

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.