Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.
Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, su istifadəçilərinə yanvar-mart ayları ərzində 1,52 milyon kubmetr su verilib, bunun müqabilində 1 247 hektar torpaq sahəsi suvarılıb.
Bildirilir ki, hesabat dövründə 1,7 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 84,89 kilometr beton və torpaq kanallar, 63,02 kilometr ara arxlar, 14,2 kilometr kollektor lildən təmizlənib, 14,2 kilometr içməli su, 0,04 kilometr kanalizasiya, 0,15 kilometr suvarma boru, 0,1 kilometr kaptaj xətti çəkilib, 5,29 kilometr mövcud içməli su xətlərində, 0,31 kilometr kanalizasiya xətlərində, 1,55 km suvarma boru xətlərində, 2,17 v təzyiqli boru xətlərində, 1,7 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Qorçulu kollektorunda 6 kilometr, Muğanlı kollektorunda isə 3,3 kilometr olmaqla, Şərur rayonunda 9,3 kilometr, Babək rayonunda Nehrəm kollektorunda 3 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 1,9 kilometr kollektor lildən təmizlənib.
Görülən işlər nəticəsində Şərur rayonunun 112 hektar, Babək rayonunun və Naxçıvan şəhərinin 65 hektar olmaqla, ümumilikdə, 177 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin şəxsiyyəti müəyyənləşib.
Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.