18 Apr 2024 15:28

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin daxili işlər nazirinin birinci müavini Marat Kojayevə istinadən məlumat yayıb.

Məlumata görə, Atırau vilayətində dörd nəfər, Türküstan vilayətində isə bir uşaq batıb.

Bundan başqa, aprelin əvvəlində Ayaqoz rayonunda iki nəfər çayın apardığı traktorda boğularaq ölüb.

 

Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çox texnika və 16 təyyarə cəlb olunub.


1 May 2024
Dünya

Çində magistral yol çöküb, ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB-2

Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

1 May 2024
Dünya

Mayın ilk gününün RƏSMİ MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

1 May 2024
Dünya

Xarkovda partlayış baş verib

Ukraynanın şərqində yerləşən Xarkov şəhərində partlayış baş verib.

1 May 2024
Dünya

Rusiyada neft emalı zavoduna dron hücumu olub, güclü yanğın baş verib - VİDEO

Rusiyanın Ryazan vilayətində yerləşən neft emalı zavodu dron hücumuna məruz qalıb.