Çindən gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq

Çindən gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq
22 Apr 2024 15:55

Bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusu xəttə buraxılacaq. Azərbaycan bu tip avtobusları nəqliyyat sisteminə daxil edir

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Çin hazırda Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. 

“Çin sadəcə resuslar baxımdan zəngin deyil, eyni zamanda onun kifayət qədər böyük iqtisadi qüdrəti var. Bizim Çindən öyrənəcəyimiz çox böyük məqamlar var. Azərbaycan “Bir kəmər və bir yol” layihəsinə çox böyük dəstək verir.

Azərbaycan Orta Dəhlizdə yerləşən kimi “Bir kəmər, bir yol layihəsi”nin mühüm tərəflərindən biri kimi malların təhlükəsiz şəkildə daşınmasına töhfə verməkdədir. Son 20 ildə Azərbaycan nəqliyyat sahəsinə kifayət qədər sərmayələr yatırıb. Bu gün Orta Dəhlizdə kifayət qədər artımlar müşahidə edilib”, - deyə F.Əliyev əlavə edib.


3 May 2024
Dünya

Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib

Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib.

3 May 2024
Dünya

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib.

3 May 2024
Dünya

Pakistanda avtobus qəzası - Ölənlər var

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, 22 nəfər yaralanıb.

3 May 2024
Dünya

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi - VİDEO

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb.

2 May 2024
Dünya

İndoneziyada 12 min sakin Ruanq vulkanına görə təxliyə edildi - VİDEO

İndoneziyada Ruanq vulkanında püskürmənin davam etməsi səbəbindən bölgədəki 12 min sakin təxliyə edilib.