Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO

Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
26 Apr 2024 09:45

Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Fondunun sosial şəbəkədəki paylaşımında qeyd edilir.

Xatırladaq ki, Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. 

Aprelin 25-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Həmin görüntüləri təqdim edirik:


6 May 2024
Siyasət

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

6 May 2024
Siyasət

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.