Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO

Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
26 Apr 2024 10:18

Xocavənddə partlayıcı vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, dörd TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


6 May 2024
Cəmiyyət

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.

6 May 2024
Cəmiyyət

Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 5 may 2024-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

6 May 2024
Cəmiyyət

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.

6 May 2024
Cəmiyyət

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlandı

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. 

6 May 2024
Cəmiyyət

Sabah hava necə olacaq? - PROQNOZ

Ölkə ərazisində mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.