Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib.
O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib.
Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da vəzifəyə gəlib.
Fransa etirazlar zamanı yüzlərlə vətəndaşın və polisin yaralandığı Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək.
Kanadada bitominoz neft (neftli qum - neftin bir növü) hasilatı mərkəzi olan Fort Makmurrey şəhərində təxliyə elan edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, 14 may 2024-cü il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş, beşi uşaq və üçü qadın olmaqla səkkiz nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.