Laçın rayonuna növbəti köç karvanı yola salınıb - VİDEO

Laçın rayonuna növbəti köç karvanı yola salınıb - VİDEO
30 Apr 2024 09:53

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.


21 May 2024
Cəmiyyət

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

"Zəngilan rayonunun Mincivan qəsəbəsinə birinci mərhələdə 3 146 nəfər köçürüləcək".

20 May 2024
Cəmiyyət

Zəngəzur meşələrindən reportaj

Avropada birinci, dünyada isə Kanadadan sonra ikinci təbii çinar meşələrinin yetişdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunun yeni görüntüləri yayılıb.

20 May 2024
Cəmiyyət

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

Laçın şəhər 2 nömrəli tam orta məktəbin dörd şagirdi təhsilini Qarabağ Universitetində davam etdirməyi arzulayır.

20 May 2024
Cəmiyyət

Nazir: "Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır"

"Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır".

20 May 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.