Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,0% azalaraq 89,77 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Avropada birinci, dünyada isə Kanadadan sonra ikinci təbii çinar meşələrinin yetişdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunun yeni görüntüləri yayılıb.
Laçın şəhər 2 nömrəli tam orta məktəbin dörd şagirdi təhsilini Qarabağ Universitetində davam etdirməyi arzulayır.