Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”

Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
01 May 2024 11:05

“Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq bildirib: “Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması gələcəkdə də davam edəcək”.


21 May 2024
Siyasət

İlham Əliyev agentliklə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

21 May 2024
Siyasət

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

21 May 2024
Siyasət

Deputatlar 11 məsələ barədə qərar verəcək

Bu gün Milli Məclisin növbəti iclası keçiririlir.

21 May 2024
Siyasət

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub.