Sahibə Qafarova: “Multikulturalizm xalqımızın həyat tərzidir”

Sahibə Qafarova: “Multikulturalizm xalqımızın həyat tərzidir”
02 May 2024 14:13

“Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxışı zamanı deyib.

“Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir”, - spiker əlavə edib.

Sahibə Qafarova xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahib olduğumuzu bildirib:

“Bu gün burada toplanaraq mövcud müzakirələrə töhfə verməyə çalışırıq”.


16 May 2024
Siyasət

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

16 May 2024
Siyasət

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Mayın 16-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

16 May 2024
Siyasət

Prezident: “Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk”

“Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”.

16 May 2024
Siyasət

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB + FOTO

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib.