Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO
02 May 2024 15:37

Tacikistanın “Somon Air” aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.

Bu barədə “Report”a açıqlamasında Tacikistanın “Dourgard Adventures” tur-operatorunun direktoru Gülrüxsor Nurova deyib.

“Hazırda Düşənbə-Bakı arasında uçuşlar test rejimində həyata keçirilir. Reyslərin mütəmadi olması planlaşdırılır”, - deyə G.Nurova bildirib.

O hesab edir ki, iki ölkə arasında əlavə reyslərin açılması xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək:

“Bundan əlavə iki ölkə arasında mövcud olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək”.

Qeyd edək ki, “Somon Air” Tacikistanın milli aviadaşıyıcısıdır və Düşənbə hava limanında yerləşir. Aviaşirkət beynəlxalq sərnişin reyslərini Düşənbə və Xucənd şəhərlərindən həyata keçirir.

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi olan “Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu 2023-cü ilin may ayında həyata keçirilib. Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşırdı. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hazırda iki ölkənin paytaxtı arasında birbaşa uçuşlar həyata keçirilmir.

 


17 May 2024
Cəmiyyət

“Ağ çiçəyim”dən geriyə qalan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

Ötən gecə Bakıda bir neçə saat ərzində külə dönən məşhur gül mağazası “Ağ çiçəyim”in yanğından sonrakı görüntüləri yayılıb.

17 May 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

17 May 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

17 May 2024
Cəmiyyət

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO

İşğaldan azad olunan Kəlbəcər rayonundan yeni görüntülər yayılıb.

16 May 2024
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - EKSKLÜZİV

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.