Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar burada ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara ermənilər tərəfindən işğalı dövründə Cocuq Mərcanlının minalarla çirkləndirməsi ilə bağlı ətraflı məlumat verilib.
Mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.
Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.