Xalq artisti səhhəti pisləşən xanımı barədə: “Kiminsə bizə yazığı gəlməsin”

Xalq artisti səhhəti pisləşən xanımı barədə: “Kiminsə bizə yazığı gəlməsin”
26 Mar 2018 15:29

Realpress.az istinadla bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor bu barədə xəbərlərin yayılmasına qarşı olduğunu bildirib:

“Oğlum deyib ki, anasının səhhəti ağırdır, pula ehtiyacımız var. Çox nahaq. Həyat yoldaşım çoxdan xəstədir, müalicə olunur. Müalicə xərclərini də özümüz ödəyirik. Heç kimdən pul istəmirik. Həyat yoldaşım onunla bağlı xəbər yayılmasının əleyhinədir. Xanımım buna gərə utanır. Deyir ki, istəmirəm Arif Quliyevin xanımına kiminsə yazığı gəlsin. Onsuz da özümün səhhətim pisləşəndə təmənnasız müalicə etdilər, bir qəpik də xərcim çıxmadı. İndi xanımım da serrozdan müalicə alır, Allah köməyimiz olsun”.

Qeyd edək ki, Milli.Az-a daxil olan məlumata görə, xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. Bu haqda xəbəri aktyorun oğlu Rövşən Quliyev də Milli.Az-a təsdiqləyib.

“Son 1 həftədir ki, anamın səhhəti ağırlaşıb. Günü-gündən ağrıları daha da şiddətlənir. Anama təcili müalicə lazımdır, amma buna imkanımız yoxdur”, – deyə aktyorun oğlu bildirib.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.