Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı kitab nəşr edilib

Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı kitab nəşr edilib
06 Apr 2018 12:02

Realpress.az AZƏRTAC xəbər verir ki, topluda Azərbaycan mədəniyyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, ölkəmizdə ipəkçiliyin tarixi, inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının kəlağayı barədə fikirləri öz əksini tapıb.

Kitabda Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan kəlağayı, onun hazırlanması, nəfis ipəyə vurulan füsunkar naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verilir. Qeyd olunur ki, iki min ildən artıq tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, Övliya Çələbinin əsərlərində də yer alıb. Ölkəmizə ilk dəfə olaraq ipəkqurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilib və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda ipəkçiliyin inkişafına səbəb olub. Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipək ixrac edilib, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizi Azərbaycanda istehsal olunub.

Bu nəşr Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açır, müvafiq sahənin mütəxəssisləri üçün əvəzsiz informasiya mənbəyidir. Yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq, nüsxələri Özbəkistanın kitabxanalarına, ali məktəblərinə, elmi-tədqiqat mərkəzlərinə, habelə ipəkçilik üzrə məşğul olan mütəxəssislərə göndəriləcək.

Qeyd edək ki, nəşrdə 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən “Kəlağayı” kitabının materiallarından da istifadə edilib. Kitaba “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin professoru, Basqal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi AMM-nin direktoru Samir Abbasovdur.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.