Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.
Realpress.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib:
“Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.
Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.