“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumatda bildirilir: “Biz 30 aprel 2018-ci il tarixindən “iOS” və “Android” əməliyyat sistemləri üçün “Opera VPN” əlavəsinin fəaliyyətini dayandıracağıq. Lakin narahat olmağa dəyməz. İstifadəçilərin məxfiliyinin qorunması təmin ediləcək”. Qərarın səbəbləri barədə məlumat verilmir.
Məlumata görə, şirkət istifadəçilərə illik abunə üçün 80 faizlik güzəştlə “SurfEasy” servisinin xidmətlərindən istifadəni təklif edir. “Opera Gold” hesablarının istifadəçiləri birinci il ərzində servisdən pulsuz yararlana biləcəklər. Hazırda servisdən “Windows”, “macOS”, “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda istifadə mümkündür.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.