Realpress.az Lent.az-a istinadən xəbər verir ki, “Apple” texnoloji nəhənginin unikal smartfonunun qiyməti o qədər də böyük olmayacaq.
“Apple”in tarixindəki ilk iki SİM-kartlı “iPhone” eyni zamanda iki konfiqurasiyada istehsal ediləcək. Birinci model 6,1 düym həcmli LCD ekrana malik olacaq. İkinci model isə 6,5 düym həcmli OLED ekranlı olacaq. Onların “içliyi”nin necə olacağı isə hələlik analitiklərə məlum deyil.
Təxmin edilir ki, iki SİM-kartlı “iPhone”un qiyməti 650-700 dollar təşkil edəcək. İki danışıq kartlı “Apple” smartfonlarına olan tələbatdan asılı olaraq, mütəxəssislər 120 milyona qədər yeni “iPhone” nüsxəsinin satışını proqnozlaşdırırlar.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.