Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində ilk tura start verilib.
Realpress.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.
Qarşılaşma 50-ci gedişdən sonra “sülh”lə yekunlaşıb - 0,5:0,5.
Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan), Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.