Yeni təyin olunacaq təhsil naziri xanım olacaq - AÇIQLAMA

Yeni təyin olunacaq təhsil naziri xanım olacaq - AÇIQLAMA
20 Apr 2018 11:50

Realpress.az istinadla bildirir ki,bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, gənc və orta nəslin nümayəndələrinin təhsil naziri postuna təyin olunması daha məqsədəuyğun olardı: "Çünki yaşlı nəslin təhsil barədə düşündükləri, onların irəli sürə biləcəkləri konsepsiyalar müasir dövrün tələblərinə cavab verməyə bilər. Çünki dünya dəyişir və müasir təfəkkürlü insanların idarəetməyə cəlb olunması aktuallıq kəsb edir. Belə ki, Azərbaycan təhsili dünya reytinqində çox geri qalıb bu da dünya təhsilini bilənlərin təhsil idarəetməsində az olması ilə ciddi şəkildə bağlıdır. Zaman zaman eşidirəm ki, Təhsil naziri qadın olacaq. Təhsil nazirinin qadın, yaxud kişi olmasından asılı olmadan keyfiyyətləri daşıması yaxşı olar. Heç vaxt idarəetmədə gender məsələsi qabardılmır. Kimin qabiliyyəti varsa, həmin vəzifələrə təyin oluna bilər". 

Kamran Əsədov vurğulayıb ki, etiraf etməliyik ki, Mikayıl Cabbarov ciddi təhsil islahatlarının əsasnaməsini qoymuş şəxs kimi tarixə düşdü: "Bunların davamı olmalıdır. M.Cabbarov korrupsiyanın müəyyən mənada kökünü kəsə bildi. Hazırda yeni təyin olunmuş və qısa müddətdə kifayət qədər iş görmüş rektorları, Təhsil Nazirliyində qısa müddətdə xeyli təcrübə toplamış, nüfuz qazanmış kadrları nümunə göstərə bilərəm. Hətta son 4-5 ildə təyin olunmuş rektorlar arasından da Təhsil naziri təyin oluna bilər. Kənardan təyin olunmuş şəxslər olsa belə, həmin keyfiyyətlərə sahib insan olacaq. Çünki biz dünya təhsil sistemində öz mövqeyimizi göstərməliyik. Rəqabətə qoşulmalıyıq. Yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdim. Bu, ölkənin, bəlkə də ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütün əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan birinin təyin olunması yaxşı olardı. Etraf edək ki, Neft erası” bitdikdən sonra dövlət büdcəsində yaranan kəsirlər hökuməti müəyyən islahatlara getməyə vadar etdi. Neft qiymətlərinin kritik həddə qədər azalması zamanında bir sıra sahələrdə, xüsusilə də büdcə təşkilatlarında gəlir və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atıldı. Təhsil Nazirliyinin də adının dəyişdiriləcəyi düşünürəm. Hesab edirəm ki, nazirliyin adı Elm və Təhsil Nazirliyi olacaq. Xatırladım ki, bu qurumun adı müəyyən dövrlərdə bir neçə dəfə dəyişdirilib. Yəni, Azərbaycan artıq belə bir təcrübəyə sahibdir. Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə "Xalq Maarifi və Dini Etiqad Nazirliyi” adı altında yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət olan strukturu təsdiq edilib. Sonradan Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 nömrəli dekreti ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi "Xalq Maarif Komissarlığı” adı ilə yenidən təşkil edilib və respublikadakı bütün təhsil müəssisələri onun tabeliyinə verilib. 1921-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Texniki Peşə Təhsili Komitəsi yaradılıb. Ümumiyyətlə, 1959-1988-ci illərdə təhsillə bağlı Azərbaycanda 2 Nazirlik (Xalq Maarifi Nazirliyi, Ali və Orta-İxtisas Təhsili Nazirliyi) və 1 Komitə (Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç qurum ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb, onun strukturu təsdiq olunub. 3 sentyabr 1993-cü il tarixli sərəncamla Xalq Təhsili Nazirliyi "Təhsil Nazirliyi” adı ilə yenidən təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli 58 nömrəli qərarı ilə Nazirliyin Əsasnaməsi təsdiq olunub. Təhsil Nazirliyinin bu dəfə də adının dəyişəcəyi ehtimalları çox yüksəkdir".


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.