Tanınmış aparıcı Ceyhun Əliyə vəzifə verildi - (AÇIQLAMA)

Tanınmış aparıcı Ceyhun Əliyə vəzifə verildi - (AÇIQLAMA)
20 Apr 2018 12:19

Realpress.az istinadla bildirir ki, aparıcı BAKU.WS-ə açıqlamasında, hazırda xəbər aparıcısı olduğu ATV kanalından ayrılmadığıını bildirib:

 "Dünəndən etibarən şəxsimə göstərdiyiniz diqqət, sevgi və çoxsaylı təbrikləriniz üçün hər birinizə təşəkkür edirəm. Fəaliyyətimə verdiyiniz qiymət məni çox məmnun edir və üzərimə əlavə məsuliyyət qoyur. Televiziyada 14 illik fəaliyyətim müddətində qazandığım ən böyük nailiyyət Sizin diqqət və sevginiz olub. Təyinatımla bağlı qərar peşəkar keyfiyyətlərimi inkişaf etdirmək zərurətindən yaranıb.

AzerTelecom şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra yaradıcı şəxs olaraq potensialımı İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya sahəsində inkişaf etdirməyə qərara verdim. AzerTelecom şirkətinin hədəfə aldığı irimiqyaslı layihlərin həyata keçirilməsində yeni komanda ilə çalışmaq sevincini də sizinlə paylaşmaqdan məmnunam.

Qeyd edim ki, aparıcı və telejurnalist olaraq fəaliyyətim dövründə Azad Azərbaycan MTRK-nın həyatımda çox böyük rolu olub. Məhz bu səbəbdən ATV kanalı ilə əməkdaşlığı hər iki tərəfin razılığı əsasında bundan sonra da davam etdirəcəyəm. Hər birinizə hörmət və ehtiramımı ifadə edirəm!"


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.