Sumqayıtda oğru “iş başında” yaxalandı

Sumqayıtda oğru “iş başında” yaxalandı
20 Apr 2018 12:23


Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Realpress.az bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. 

Aprelin 18-də, saat 16:00 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsindəki bağların birindən iki ədəd dəmir borunu oğurlamağa cəhd göstərən şəxs Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının əməkdaşları tərəfindən cinayət başında yaxalanaraq Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə təhvil verilib.

Polis bölməsinə aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Gülmirzə Şəfiyev olduğu, həmçinin digər oğurluqlar törətdiyi də aydınlaşıb. Belə ki, onun cari ilin mart ayı ərzində daha 4 evin həyətlərindən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri və metal qırıntıları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.