Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Milli Nüvə Tədqiqatları Mərkəzində olub
20 Apr 2018 16:12

Səfər zamanı baş Y.Amanonu agentliyin Texniki Əməkdaşlığın Koordinasiyası və Proqram Təminatı şöbəsinin direktoru Martin Krause, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, Xarici İşlər nazirliklərinin nümayəndələri müşayiət edib. 
 
Qonaqlar Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə, kompleksləri və əldə edilən nəticələrlə tanış olublar. Onlara sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi, Tədqiqat Nüvə Reaktoru Kompleksi, İnnovasiya və cihazqayırma, Nüvə spektroskopiyası və radiokimya, Mobil Ekspedisiya Sektoru, Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbələrinin texniki imkanları, kadr potensialı və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilib.
 
Qonaqlar əldə edilmiş nəticələri yüksək qiymətləndirib.
 
Sonra Yukiya Amano və Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq proqramı çərçivəsində Milli Nüvə Tədqiqatları Mərkəzi ilə icra olunan iki Milli Layihə ətrafında müzakirələr aparıblar.
 
Y.Amano Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşdə müzakirə olunan Tədqiqat Nüvə Reaktorunun yaradılması, nüvə və radiasion texnologiyalarının inkişafının genişləndirilməsi istiqamətlərində birgə fəaliyyəti məqsədəuyğun hesab etdiyini bildirib.
 
O, qeyd olunan istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Baş direktor Azərbaycan Respublikasının nüvə enerjisi, nüvə və radiasion texnologiyanın dinc məqsədlərlə istifadəsi sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib.
 
Görüşdə Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin tezliklə istifadəyə verilməsi, burada sterilizasiya, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və davamlığının artırılması, rezin polimer, elastomer və kompozit materialların fiziki, mexaniki, kimyəvi xassələrinin modifikasiyası istiqamətində radiasion işləmələrin müasir dövrdə böyük elmi və praktiki əhəmiyyət kəsb etməsi qeyd olunub.  

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.