Yeni baş nazir ilk çıxışını etdi - VİDEO

Yeni baş nazir ilk çıxışını etdi - VİDEO
21 Apr 2018 13:53


Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə ilk çıxışını edib.

realpress.az xəbər verir ki, o qeyd edib ki, bu günə qədər danışmağı sevirdi, bundan sonra başqa sahəyə keçdiyinə görə işləmək lazım olduğunu vurğulayıb: 

“Hər şeydən əvvəl mənə göstərilən yüksək etimada görə ilk öncə prezidentə minnətdarlığımı bildirirəm. O, mənim üzərimə çox böyük məsuliyyət qoyub.

Bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq şərəflidir. Onunla bir yerdə işləmək Azərbaycanın indiki halında şərəfli məsələsidir. Dünyada gedən proseslər tarixdə hələ bu səviyyədə gərginlikdə olmayıb.

Ən mürəkkəb geosiyasi regionda yerləşən ölkəmizin sabitliyi və inkişafı hər birimizin qarşısında yüksək məsuliyyət qoyur. İnkişafı daha da genişləndirmək lazımdır. Üzərimə qoyulan bu məsuliyyəti çalışacam ki, dövlət və hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim”.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.